Likbez

Likbez (rus. Ликбе́з , ликвида́ция безгра́мотности у населения)RSFSR və SSRİ-də oxuma, yazma bilməyən böyüklərin kütləvi təhsili. Məcazi mənada — istənilən elm, proses və ya fenomenin əsas anlayışlarına hazırlıqsız olan auditoriyanı öyrətmək.

Tarixi olaraq, "likbez" anlayışı Sovet Rusiyasının dövlət proqramı olan "savadsızlığın ləğvi"(likvidasiya bez qramotnosti) qısaldılmış yazılışı idi, hansı ki, 26 dekabr 1919-cu il Xalq Komissarları RSFSR Şurasının "RSFSR savadsızlığın aradan qaldırılması haqqında" qərarı ilə başlamışdır. Xalq Təhsil Komissarlığına savadsız insanların öyrədilməsi üçün bütün səlahiyyətli şəxsləri cəlb etmək hüququ verilmişdir. Qərar həmçinin Qlavsotsvos sisteminin tərkib hissəsi olan məktəblərin, uşaq evləri məktəblərinin, koloniyaların və digər institutların yaradılması üçün nəzərdə tutulub.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search